Deputatların sayı azaldılacaq – Ukraynada

Deputatların sayı azaldılacaq – Ukraynada

Ukraynada deputatların sayı azaldılacaq.

Gununsesi.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ali Radanın sədri Dmitri Razumkov bildirib.

O, parlamentin 4 fevralda baş tutacaq növbəti sessiyasında deputatların sayının azaldılması ilə bağlı konstitusiyaya dəyişikliklərin edilməsinə baxa biləcəyini deyib.

Qeyd edək ki, Ukrayna parlamentində ötən ilin avqustun 29-da qeydə alınan qanun layihəsi deputatların sayının 450-dən 300-ə salınmasını nəzərdə tutur. Qanun layihəsi Radanın profilli komitəsindən keçib.

Gununsesi.org

COMMENTS