Hollivud ulduzu Şeron Stoun “Allure” dərgisinin Amerika buraxılışının siması olub.
61 yaşlı Stoun “Film lazım olan vaxtda lentə alındı. Bütün məyusluqlarımıza, şübhələrimizə toxundu. Burada kişinin qadın üzərindəki hökmranlığı əks edilib. Həmin film hələ də aktualdır. Amma onu yenidən lentə almaq olar? Onun həmin uğuru qazanacağına şübhə edirəm” sözlərini deyib.
Aktrisa daha sonra insanların aqresiv davranışından bəhs edib:
“İnsanlar çox zalım olub. Düşünürlər ki, gözəlsənsə, axmaq olmalısan. Onlar sizi özünüzü kiçik və yetərsiz hiss etməyə məcbur edəcək. Bədənimə təşəkkür edirəm. 40 yaşımda da gözəl olmuşam. Amma mənə rol vermirdilər. Üç gözəl uşağın anasıyam. Daha sonra insult keçirdim. Həmin ərəfədə tək arzum kiminsə məni sevməsi idi.
Seksin yaşı yoxdur. O, tərəf müqabilindən asılıdır. Cinsi əlaqədə olmaq xatirinə bunu yaşamaq mənlik deyil. İndi çox tənhayam. Hərdən ağlayıram da. İndi hər günümə şükür edərək yaşamağa çalışıram”.
COMMENTS