Sudanın paytaxtında partlayış törədilib.
Gununsesi.org “Report”a istinadən xəbər verir ki, bu barədə “Al-Arabiya” telekanalı məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində 7 nəfər həlak olub, daha 25 nəfər xəsarət alıb.
Telekanal bildirib ki, hadisə Xartumun al-Şeqlya ərazisində baş verib. Polisdəki mənbələrin məlumatına görə, partlayış əldəqayırma qurğu ilə törədilib.
COMMENTS