Rusiyada 10 yaşlı oğlandan hamilə qalan yeddinci sinif şagirdi xəstəxanaya yerləşdirilib. Bu barədə “TVK Krasnoyarsk” öz mənbəsinə istinadla bildirib.
Gununsesi.org xəbər verir ki, bundan əvvəl bildirilmişdi ki, Rusiyanın Krasnoyarsk diyarında şəhərlərdən birində yeddinci sinif şagirdi olan qız dördüncü sinif şagirdi olan oğlandan hamilə qalıb. Uşaqlar ayrı-ayrı məktəblərdə oxuyurlar. Sosial şəbəkədə hər ikisinin səhifəsində “vətəndaş nikahında” statusu qoyulub.
“Həkimlər qızın sağlamlığını yaxından izləyirlər. Vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir. Onun hansı diaqnozla xəstəxanaya yerləşdirildiyi dəqiqləşdirilməyib”, – deyə nəşr qeyd edib.
İlkin məlumata görə, döl artıq yeddi həftəlikdir, məktəbli hamiləliyi davam etdirməyə qərar verib. Həkimlər və valideynlər atalıq müəyyənləşdirmək üçün ekspertiza keçirmək istəyirlər.
Hadisə ilə əlaqədar polis yoxlama aparır.
Gununsesi.org
COMMENTS