Rusiyanın Tomsk vilayətində, Asinovsk rayonunda yaşayış evində baş verən yanğın zamanı ölənlərin sayı 11 nəfərə çatıb.
Gununsesi.org-un məlumatına görə, bu barədə RİA “Novosti”yə Fövqəladə Hаllаr Nаzirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilir ki, yerli vaxtla saat 07:03-də yanan evdə 11 nəfərin meyiti aşkarlanıb.
Priçulımsk qəsəbəsindəki fərdi evdə yanğın çərşənbə axşamı gecə baş verib. Hadisə zamanı 11 nəfər həlak olub, evdən daha 2 nəfər çıxarılıb. Onların xarici ölkə vətəndaşları olduqları bildirilir. Regionun fövqəladə xidmətlərinin əməkdaşı bildirib ki, ölənlər Özbəkistan vətəndaşları ola bilər.
COMMENTS