Şuşaya ilk köçün həyəcanlı anları -VİDEO

30 illik ayrılıqdan sonra Şuşa şəhəri öz doğma sakinlərini qarşılamağa hazırlaşır.

Gununsesi.info xəbər verir ki, artıq keçmiş məcburi köçkünlərin Şuşaya qaytarılmasına başlanılıb və ilk köç karvanı yola hazırlaşır. Hazırda şuşalılar doğma yurd-yuvalarına köç həyəcanını sevinclə yaşamaqdadırlar.

Diqqətinizə çatdıraq ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib. Yeni yaşayış massivində 370 ailənin mənzillə təmin olunacağı bildirilib.

Videonu sizlərə təqdim edirik:

Gununsesi.info