
Bu ilin birinci rübündə Azərbaycan 122 milyon 518 min ABŞ dolları dəyərində 6 763 ton əczaçılıq məhsulu idxal edib.
Gununsesi.info xəbər verir ki, bu məlumat Dövlət Gömrük Komitəsindən bildirilib
Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 36,2 % və 22 % azdır.
Hesabat dövründə idxal edilən əczaçılıq məhsullarının dəyəri Azərbaycanın ümumi idxalının 3,3 %-ni təşkil edib. Ötən ilin müvafiq dövründə əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının
4,77 %-nə bərabər olub.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında ölkədə pərakəndə ticarət şəbəkələrində 313.9 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.