Ədliyyə Nazirliyi Müsavat Partiyasını qeydiyyata almaqdan imtina etdi

  • By admin
  • 19 İyul 2023 13:33
“Gözlənildiyi kimi Ədliyyə Nazirliyindən partiyanın yenidən qeydiyyatı ilə bağlı mənfi cavab aldıq.
Bizə göndərilən məktubda qeyd edilir ki, təqdim olunan 5212 nəfərlik siyahıda 2766 nəfər haqqında məlumatlar düzgün qeyd edilmədiyindən dəqiqləşdirilməlidir, 250 nəfər telefon zənginə cavab olaraq partiya üzvü olmadığını bildirib, 11 nəfər barədə məlumatlar təkralanıb”.
Gununsesi.infobildirir ki, bunu Müsavat partiyasının başqanı Arif Hacılı bəyanatında deyib.
Onun sözlərinə görə, nazirlik partiyaya bütün bu problemləri həll etmək üçün partiyaya 30 gün vaxt verilb: “Partiya üzvləri haqqında məlumatda hansı qüsurların olması, telefon nömrəsi olmayan və ya şəxsi məlumat kimi şəxsi telefon nömrəsini verməmək hüququndan istifafə edənlərlə bağlı məsələləri hüquq müstəvisində müzakirə edib həll edəcəyik.
Bu da yetərli olmasa daha bir neçə min Müsavat üzvünün siyahısı Ədliyyə Nazirliyinə təqdim olunacaq”.
Qeyd edək ki, yeni “Siyasi Partiyalar haqqında” qanunun tətbiqindən sonra partiyalar 5 min üzvün siyahısını Ədliyyə Nazirliyinə təqdim etməlidir.
Nazirlik üzvlərin şəxsi məlumatlarını tələb edərək, onların partiya üzvü olub-olmamasını dəqiqləşdirir.
Bu isə siyasi təşkilatlarda narazılıqla qarşılanıb.
Mais
Gununsesi.info