
Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov tanınmış vəkil Əkrəm Həsənovun bir neçə gün əvvəl qaldırdığı problemi həll edib.
Bu barədə Gununsesi.info-ya danışan vəkil Əkrəm Həsənov bildirib ki, o bir neçə gün bundan əvvəl Binəqədi Rayon Məhkəməsində cinayət işləri üzrə iclaslarda audioyazının aparılmamasından şikayət etmişdi:
“Binəqədi rayon məhkəməsində cinayət işləri üzrə iclaslarda audioyazının aparılmaması ilə bağlı Məhkəmə-Hüquq Şurası müraciətimə cavab verib və tədbir görüb. Şuraya təşəkkürümü bildirirəm. Bu, digər məhkəmələrə də dərs olacaq. İclasların audioyazısının aparılmasını tələb edin!”
Gununsesi.info