Surət Hüseynovun ölüm xəbəri ilə bağlı daha bir məlumat - QOHUMLARI BİR-BİRİNİ TƏKZİB EDİR

  • By admin
  • 31 İyul 2023 14:40

Azərbaycanın sabiq baş naziri Surət Hüseynovun ölüm xəbəri ilə bağlı başqa bir yaxınları fərqli məlumat bölüşüb.

Gununsesi.info-nun məlumatına görə, sabiq baş nazirin yaxınlarından biri onun İstanbulda hava limanında ölmədiyini, lakin komaya düşdüyünü deyib.

“Həkimlər əvvəlcə onun öldüyünü zənn ediblər. Lakin sonradan məlum olub ki, o komadadır” deyə yaxınları bildirib.

Qeyd edək ki, Surət Hüseynovun ölməsi barədə xəbəri yaxın qohumları Gununsesi.info-ya bildirib.

Onun ölümü ilə bağlı xəbərlərin ziddiyyətli olması isə görünür, olayın təyyarədə baş verməsi və sonradan insanların orada olmaması faktıdır.

Gununsesi.info