
ADR Partiyasının lideri, tanınmış iqtisadçı alim Qubad İbadoğlunun DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılması xəbəri yayılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Hüquq müdafiəçisi Rüfət Səfərov da eyni xəbəri tirajlayıb.
DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov Gununsesi.info-ya bildirib ki, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib. Araşdırma aparılır. Əlavə məlumat veriləcəkdir.
Şəbnəm
Gununsesi.info