Ermənistanda koronavirusa yoluxanların sayı 853 nəfərə çatıb.
Gununsesi.org Worldmeters.info-ya istinadla xəbər verir ki, son sutka ərzində 20 nəfərdə yoluxma qeydə alınıb.
Bu günədək 8 nəfər koronavirusun qurbanı olub.
763 nəfərin müalicəsi davam edir.
Ermənistan koronavirusa yoluxma sayına görə Cənubi Qafqazda ən yüksək göstəriciyə malikdir.
Gürcüstanda 195 nəfər koronavirusa yoluxub.
COMMENTS