Gənc şairə yeni şerini oxuyucularıyla paylaşdı

Gənc şairə yeni şerini oxuyucularıyla paylaşdı

Gənc və istedadlı şairə Yağmur Əsmərsoy yeni şerini oxuyucularıyla paylaşıb.

Gununsesi.org həmi şeiri sizə təqdim edir :

Allah da qəlbimi çox yaxşı bildi,
Anamdı, bacımdı tanıdıqlarım.
Nə şöhrət, nə dövlət dalınca qaçdım
Öpdüyüm Qurandı, kəsdiyim çörək.

O, çörək mayası yoğrulub haqqdan,
Peyğəmbər eşqinə mən yola düşdüm.
Yalandır çəkinib qorxduğum mənim
Bir olar olmaza bir ola düşdüm.

Biçildi beş arşın ağdan bu dünya,
Mən deyən, öləndə onu da tapmaz .
Haqqına tapınsan, bir haqqa dönsən
Müsəlman hayqırar Quranı danmaz.

 

Gununsesi.org

COMMENTS