Rəqsanə ağlaya-ağlaya müraciət etdi: “Acınacaqlı durumdayıq, bir-birimizə kömək edək”- VİDEO

Rəqsanə ağlaya-ağlaya müraciət etdi: “Acınacaqlı durumdayıq, bir-birimizə kömək edək”

ARB TV-nin “Elgizlə İzlə” verilişində Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılova ilə telefon bağlantısı qurulub.

Gununsesi.org xəbər verir ki, sənətçi karantin dönəmində aztəminatlı ailələrə ərzaq yardımları etdiyini deyib:

“Dünən axşama qədər Moskva şəhərində 895 ailəyə ərzaq göndərmişik. Vicdanı olan insanlar üzdədir. Millətini, xalqını sevənlər ortadadır. Sevməyənlər də evlərində otururlar. 300-ə yaxın ailəyə şəxsən yoldaşımla birgə özümüz yardım etmişik. Burada çoxlu sayda xəstələrimiz var. Gəlin əl-ələ verək, yardım edək. Çox çətin vəziyyətdəyik. Gəlin, bir-birimizi qeydinə qalaq. Acınacaqlı durumdayıq”.

 

 

 

Gununsesi.org

COMMENTS