Nyu-Yorkda koronavirusdan xəstəxanaya çatdırılanların sayında azalma var

Nyu-Yorkda koronavirusdan xəstəxanaya çatdırılanların sayında azalma var

ABŞ-ın Nyu-York ştatında COVID-19 virusundan ölənlərin sayı 778 nəfər artaraq 10 843 nəfərə çatıb.

Gununsesi.org xəbər verir ki, bu barədə mətbuat konfransı zamanı ştatın qubernator Andrü Kuomo məlumat verib.

O, aprelin 6-dan etibarən gündəlik ölənlərin sayının 671-783 arasında dəyişdiyini söyləyib.

Bununla belə dünəndən xəstəxanalara yerləşdirilənlərin sayının 1 957 nəfərdən 1 649 nəfərədək azaldığı diqqətə çatdırılıb.

 

 

Gununsesi.org

COMMENTS