Misirin Ankaradakı nümayəndəsi Türkiyə XİN-ə çağırıldı

Misirin Ankaradakı nümayəndəsi Türkiyə XİN-ə çağırıldı

Misirin Ankaradakı müvəqqəti işlər vəkili Qahirədə “Anadolu” agentliyinin əməkdaşlarının saxlanılması ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Gununsesi.org-un “Hürriyet”ə istinadən məlumatına görə, diplomatik nümayəndəyə Türkiyənin reaksiyası çatdırılıb.

Qeyd edək ki, Türkiyə ilə Misir arasında diplomatik münasibətlər 2013-cü ildən etibarən müvəqqəti işlər vəkili səviyyəsində davam etdirilir.

Xatırladaq ki, “Anadolu” agentliyinin Qahirədəki ofisinin 4 əməkdaşı polis tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıblar.

 

Gununsesi.org

COMMENTS