Millimizin daha bir rəqibi bəlli oldu

Millimizin daha bir rəqibi bəlli oldu

Martın 23-dən 31-dək Maltada təlim-məşq toplanışında olacaq Azərbaycan milli komandasının daha bir rəqibi müəyyənləşib. 

Gununsesi.org xəbər verir ki, bununla bağlı AFFA məlumat yayıb.

Bildirilib ki, milli martın 26-da Bakı vaxtı ilə saat 19:00-da Lixtenşteyn yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Xatırladaq ki, komandamız toplanış zamanı növbəti yoldaşlıq oyununda Malta yığması ilə qarşılaşacaq. Martın 30-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Gununsesi.org

COMMENTS