Qəzzada son vəziyyət: - Ölənlərin sayı 44 min 429-a yüksəldi

İsrailin 422 gündür intensiv hücumlar həyata keçirdiyi Qəzza zolağında son vəziyyət müəyyən olunub.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ölənlərin sayı 44 min 429-a, yaralıların sayı isə 105 min 250-yə yüksəlib.

İsrail 422 gündür Qəzza zolağında fələstinlilərə qarşı soyqırımı həyata keçirir . Bölgədə dinc əhalini hədəfə alan və hərbi cinayətlər törədən İsrailin qanlı hücumları səbəbindən bölgədə qurbanlar günü-gündən ağırlaşır.

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail ordusunun son 24 saat ərzində həyata keçirdiyi 6 hücumda 47 mülki vətəndaşın həyatını itirdiyi, 108 mülki vətəndaşın isə yaralandığı bildirilib.

Orxan Saffari

Gununsesi.info