6300 manatlıq mobil telefonlar oğurlandı

Tovuzda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Gununsesi.info -nun məlumatına görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon ərazisindəki mobil telefon mağazaların birindən ümumi dəyəri 6300 manat olan 4 ədəd mobil telefonu oğurlamaqda şübhəli bilinən rayon sakini A. Məmmədli saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.info