Cem Aydın CHP Gənclik Qolunun sədri seçildi

CHP Partiya Məclisi (PM) üzvü Cem Aydın Gənclik Qolunun sədri seçildi.

Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, CHP 17-ci Gənclik Qollarının Adi Konqresi “Gələcək və Ümid” mövzusunda Atatürk İdman Salonunda keçirilib.

Qurultayda keçirilən seçkidə yeganə namizəd olan CHP PM üzvü Cem Aydın qeydə alınmış 489 nümayəndədən 479-nun səsini toplayaraq CHP Gənclik Qolunun sədri seçilib.

Keçmiş Gənclər Qolunun sədri Gençosman Killik partiya nizamnaməsində 30 yaş həddi olduğu üçün yenidən namizəd ola bilməyib.

Orxan Saffari

Gununsesi.info