“Şıxov”da gəmi batdı - Yenilənib / Video

Bakıda bulvar ərazisində gəzinti qayığının batması ilə bağlı daxil olan məlumat üzrə DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları xilasetmə tədbirlərinə cəlb ediliblər.

 

DİN-in mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, polis əməkdaşları batma təhlükəsinə məruz qalan şəxsləri müvafiq dövlət qurumunun əməkdaşları ilə birgə xilas ediblər.

 

***

11:56

 

Bakıda bulvar ərazisində gəzinti qayığı batıb.

 

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, “112” qaynar xəttinə Bakıda bulvar ərazisində gəzinti qayığının batması ilə bağlı məlumat daxil olub.

Dalğıc-axtarış xilasetmə əməkdaşları hadisə yerinə cəlb edilib. İlkin məlumata görə, batma təhlükəsində olan vətəndaşlar xilas olunub.