Hacıqabulda ağır qəza – Ölən və yaralananlar var

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var.

 

Gununsesi.info xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisində “Prado” markalı avtomobil “Qazel”lə toqquşub. Qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb. İki nəfər – Laçın rayon sakinləri, 1995-ci il təvəllüdlü Ağayev Şəfa İmdad oğlu və 1987-ci il təvəllüdlü Məmmədov Dəyanət Məhərrəm oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

 

Yaralılar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Hazırda ölənin şəxsiyyəti dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info