Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunu həbsdə saxladı

  • By admin
  • 21 Dekabr 2023 13:56

Bakı Apellyasiya Məhkəməsi müxalif lider Tofiq Yaqublu barəsində Nərimanov Rayon Məhkəməsinin çıxardığı həbs-qətimkan tədbirindən verilmiş apelliyasiya şikayətini təmin etməyib.

Gununsesi.info-nun xəbərinə görə, Yaqublunun vəkilləri məhkəmənin əsaslandırılma olmadan birinci intsansiya məhkəməsinin qərarını qüvvədə saxlaması qanunsuzdur.

Qeyd edək ki, Tofiq Yaqublu polis tərəfindən həbs edilib və onun evində aparılan axtarış nəticəsində pul götürülüb.

Sonradan Yaqubluya dələduzluq ittihamı verilib.

Yaqublu ittihamları rədd edir. Ötən günlər ərzində bir sıra beynəlxalq insan haqları təşkilatları Azərbaycan hökumətindən Tofiq Yaqublunu azad etməsi üçün çağırış edib.

 

Elmar

Gununsesi.info