Bəxtiyar Hacıyevin məhkəməsini bu hakim aparacaq

  • By ilhame
  • 21 Dekabr 2023 21:05

Hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayacaq.

Gununsesi.info-nun xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Əli Məmmədov rəhbərlik edəcək.

Bəxtiyar Hacıyev ittihamları qəbul etmir. Dunyanın bir sıra insan haqları təşkilatları, ABŞ və Avropa ölkələrinin hökumətləri Azərbaycandan Bəxtiyar Hacıyevi azad etməyi tələb edib.

Gununsesi.info