İsmayıllı rayonunda 1 nəfərin ölümü, 7 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə yanvarın 20-də səhər saat 10 radələrində Kürdmaşı və Qaraməryəm kəndləri arasındakı yolda olub. Belə ki, Şəki-Bakı marşrutu üzrə hərəkət edən “Ford Tranzit” markalı sərnişin mikroavtobusu qarşıdan gələn “VAZ 21099” markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində “VAZ 21099”-un sürücüsü, 1979-cu il təvəllüdlü Kərimov Malik Neyman oğlu hadisə yerində ölüb. 7 nəfər sərnişin – 1966-cı il təvəllüdlü Rauf Həsənov, 1957-ci il təvəllüdlü Nazim Süleymanov, 1999-cu il təvəllüdlü Ruslan Neymanzadə, 1993-cü il təvəllüdlü Türkanə İsrafilli, 1970-ci il təvəllüdlü Tərlan İsmayılov və adı məlum olmayan daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları cəlb olunub.
COMMENTS