Şəhərin mərkəzində zərgərin boğazını kəsdilər

Şəhərin mərkəzində zərgərin boğazını kəsdilər

Türkiyənin İstanbul şəhərində qızıl mağazasında zərgərin boğazını kəsiblər.

Gununsesi.org Sondakika.com-a istinadən xəbər verir ki, hadisə Bahçelievlər ərazisində baş verib.

Bildirilir ki, bir nəfər qızıl mağazasına girərək oğurluq etmək istəyib. Bu zaman zərgər ona müqavimət göstərib.

Oğru zərgərin boğazını kəsib və qızılları götürərək qaçıb.

Yaralı zərgər xəstəxanaya yerləşdirilib.

Gununsesi.org

COMMENTS