Şeynbaum Meksikanın ilk qadın prezidenti olmağa hazırlaşır

Mexiko şəhərinin keçmiş meri, qadın namizədi Klaudiya Şeynbaum prezident seçkilərində 57,33 faiz səs toplayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ilk nəticələrinə görə, 61 yaşlı Klaudiya Şeynbaum irəlidədir.

İkinci yerdə Meksikanın namizədi və keçmiş Hidalqo meri Xochitl Galvez 29,84 faiz, keçmiş deputat Xorxe Alvarez Maynes isə 10,48 faizlə üçüncü yerdədir.

Exit-poll nəticələrinə görə, Şeynbaumun seçkilərdə qalib gələcəyi gözlənilir.

Bildirilir ki, Meksika mətbuatında Şeynbaumu artıq qalib elan edilib.

Şeynbaum seçkilərdə qalib gəlsə, ölkə tarixində ilk qadın prezident olacaq.

Seçkidə iştirakın 57 faiz olduğu qeydə alınıb.

Qeyd edək ki, Meksikanın yeni prezidenti oktyabrın 1-də hazırkı prezident Andres Manuel Lopez Obradordan vəzifəsini icra edəcək.

 

 

Gununsesi.info