Bayden Zeleniskiyə yeni vədlər verdi

  • By admin
  • 12 Dekabr 2022 13:25

Bazar günü ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Vladimir Zelenski ilə telefonla söhbət edib.

Gununsesi.info-nun ABŞ mediasına istinədən verdiyi xəbərə görə, söhbət zamanı Bayden bildirib ki,  Vaşinqton ilk növbədə Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi üzrə tədbirlərə diqqət yetirir.

HTML tutorial

Bayden telefon  söhbəti zamanı   ABŞ-ın Ukraynanın müdafiəsinə dəstəyini daim davam etdirəcəyini vurğulayıb, çünki Rusiya mühüm əhəmiyyətli infrastruktura hücumlarını davam etdirir”.

Bayden Rusiyanın məqsədyönlü hücumlarından sonra Ukraynanın enerji sisteminin sabitliyini artırması üçün enerji infrastrukturuna 53 milyon dollar ayrılmasına da diqqət çəkib.

O, Zelenskinin Birləşmiş Millərlər Təşkilatının Nizamnaməsində təsbit olunmuş fundamental prinsiplərin əsasında ədalətli dünyaya açıq olduğunu bəyan etməsini alqışlayıb.

Bayden həmçinin “ABŞ-ın Ukraynaya təhlükəsizlik sahəsində, iqtisadi və humanitar yardım göstərməyə davam etmək, öz hərbi cinayətlərinə və vəhşiliklərinə, təcavüzə görə Rusiyanın üzərinə məsuliyyət və xərclər qoymaq öhdəliyini bir daha təsdiqləyib”, – Ağ Evin bəyanatında deyilir.

 

Tərcümə:

Afət