
Bu gün Heydər Əliyevin vəfatından 19 il ötür.
Xalqını sevən və azərbaycanlı olmağı ilə daim fəxr edən, “Mən fəxr edirəm ki, azəbaycanlıyam” deyərək, bizim milli kimliyimizi özümüzə və bütün dünyaya xatırladan, Azərbaycanımızın rifahı, əmin-amanlığı və daimi inkişafı üçün bütün ömrünü sərf edən Böyük Lider, Böyük Azərbaycanlı. “Bir millət, iki dövlət” ifadəsini başımız üzərində bayraq edən Bayraq Adam!
Xatirəsini daim uça tutur və dərin ehtiramla yad edirik. Azərbaycandan uzaqda olsaq da, onun əsgəri olaraq bu vətən üçün hər zaman çalışır, verdiyi nəsihətləri unutmuruq.
Azərbaycanın maddi və mənəvi sərhədlərini dünyaya qəbul etdirən, haqlarını tələb edən, böyük layihələrə imza atan, xarici və daxili siyasətimizi quran Ulu Öndər – dahi Heydər Əliyev! O, həqiqətən bir dahiydi və belə insanların dünyaya gəlməsi hadisədir! Hər xalqın tarixində və taleyində belə lider ya olmur, ya da yüzillikdə bir nəfər olur.
Azərbaycan xalqı bu baxımdan xoşbəxt və şanslıdır. Ki, tarixində və taleyində belə bir Ad var: Heydər Əliyev! Unutmadıq və gələcək nəsillərə də unutdurmayacayıq.
Daim qəlbimizdəsən!
Mübariz Qurbanoğlu Mənsimov