Prodüser Sultan Mustafayev müğənni Damla ilə bağlı qalmaqallı fikirlər səsləndirib.
Gununsesi.org “Yeni Çağ”-a istinadən xəbər verir ki, prodüser Damlanın ona borcu olduğunu, ancaq pulu qaytarmaq istəmədəyini bildirib:
“Damlanın mənə borcu vardı. Türkiyəyə köçəndə ona zəng etdim ki, borcumu versin. Zəng etdim pulumu istədim. Mədəni surətdə dedi ki “Get, işinlə məşğul ol”. Dedim, səni el-aləmdə biabır edəcəm.
Gəldim Bakıya, getdim onun yaşadığı adamı tapdım, getdim yanına. Demişdim o adamın şəklini də paylaşacam, çünki o ailəlidir. Mebel şirkətinin rəhbəridir. Soruşdu ki, “qarnınızın dərdi nədir?” Vəziyyəti öyrəndi, sonra onun işçiləri gətirdilər, o pulu mənə qaytardılar”.
“Saranın Hədəfində” verilişindən olan həmin görüntüləri təqdim edirik:
COMMENTS