Milli Məclisə seçkilərlə əlaqədar səsvermə hüququ olan şəxslərin sayı açıqlanıb.
Gununsesi.org xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb.
Onun sözlərinə görə, 5 milyon 329 min 460 nəfər seçkilərdə səsvermə hüququndan istifadə edə biləcək.
Qeyd edək ki, Milli Məclisə seçkilər sabah-fevralın 9-da keçiriləcək.
COMMENTS