“Parlament seçkiləri 125 dairə üzrə 5573 seçki məntəqəsində keçiriləcək”.
Gununsesi.org xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, sabah – fevralın 9-da Azərbaycanda parlament seçkiləridir: “Seçkilərdə Milli Məclisə 125 deputat seçiləcək. Səsvermə səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-da başa çatacaq”.
COMMENTS