“Şarl de Qoll” aviadaşıyıcısında 668 dənizçi koronavirusa yoluxdu

“Şarl de Qoll” aviadaşıyıcısında 668 dənizçi koronavirusa yoluxdu

Fransaya məxsus “Şarl de Qoll” aviadaşıyıcısında koronavirus yayılıb.

Gununsesi.org-un xəbərinə görə, bu barədə Fransa Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, 14 apreldə yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 767 dənizçi koronavirusla bağlı test edilib, onlardan 668-i müsbət olub.

Son məlumata əsasən, 31 nəfər Tulondakı hərbi xəstəxanaya aparılıb, onlardan biri reanimasiyadadır.

 

 

Gununsesi.org

COMMENTS