Onunla görüşmək istəməyən qadının boğazını kəsdi

Onunla görüşmək istəməyən qadının boğazını kəsdi

Türkiyənin Rize vilayətinin Fındıklı rayonunda bir şəxs onunla görüşməyə razılaşmayan qadını öldürüb.

Gununsesi.org Sondakika.com-a istinadən xəbər verir ki, Savaş Dalançıkar adlı kişi Qəmzə Palanı qətlə yetirib.

Əvvəlcə odlu silahdan açılan güllə qadına dəyməyib. Bundan sonra həmin şəxs bıçaqla qadının boğazını kəsərək, onu öldürüb.

S.Dalançıkar hadisə yerindən qaçmaq istəyərkən polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org

COMMENTS