Bakıda tələbə qız faciəvi şəkildə öldü- FOTO

Bakıda tələbə qız faciəvi şəkildə öldü

Bakıda tələbə qız eyvandan yıxılaraq vəfat edib.

Gununsesi.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakının Qaradağ rayonunda baş verib.

Belə ki, 1999-cu il təvəllüdlü Məhərrəmova Nilgün Tarix qızı ehtiyatsızlıq nəticəsində eyvandan yıxılıb. O, xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, Nilgün Məhərrəmova Bakı şəhəri 6 nömrəli məktəbin məzunu olub. O, Bakı Ali Neft Məktəbinin 3-cü kurs tələbəsi idi.

 

 

 

Gununsesi.org

COMMENTS