Türkiyədən gələn həkimlər 16 xəstəxanada çalışacaqlar –AÇIQLAMA

Türkiyədən gələn həkimlər 16 xəstəxanada çalışacaqlar –

“Türkiyədən gələn həkimlər 14 gün ərzində 16 xəstəxanalarda çalışacaqlar”. 

Gununsesi.org-un məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Səhiyyə Nazirliyinin  dəstəyi ilə Azərbaycanın regionlarındakı xəstəxanalarda COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-C19 layihəsi ilə bağlı keçirilən tədbirdə layihənin sahə koordinatoru Hamze Zeyunoğlu bildirib.

Onu sözlərinə görə, həkimlər sabahdan Bakıda olan dörd xəstəxanada işə başlayacaq:

“Sonra rayonlardakı xəstəxanalarda çalışacaqlar. Məqsədimiz hər bir xəstəxanada Azərbaycanda çalışan həkimlərlə qrup halında işləməkdir. 14 həftəlik müddətin sonunda biz buradan getsək belə, onlarla əməkdaşlıq etməyə davam edəcəyik”.

Gununsesi.org

COMMENTS