ABŞ-da neft hasilatının həcmi azalıb

ABŞ-da neft hasilatının həcmi azalıb

ABŞ-da aprelin 4-dən 10-dək olan müddətdə gündəlik neft hasilatının həcmi azalıb.

Gununsesi.org xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyinin (EİA) həftəlik hesabatında bildirilir.

Belə ki, hesabat həftəsində ABŞ-da neft hasilatının gündəlik həcmi 100 min barel azalaraq 12,3 milyon barel təşkil edib.

Fevralın əvvəlindən bəri ABŞ-da gündəlik hasilat 13 milyon barel və ya daha yüksək səviyyədə olub.

Bir həftə əvvəl ölkədə neft hasilatı gündəlik 12,6 milyon barelə düşmüşdü.

 

 

Gununsesi.org

COMMENTS