“Bizim 19 həkimi gətirməyimiz həkim çatışmazlığı ilə bağlı deyil. Əgər belə problem olardısa, bunu 19 həkimlə həll edə bilməzdik”.
Gununsesi.org-un məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlarındakı xəstəxanalarda COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-C19 layihəsi ilə bağlı keçirilən tədbirdə ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.
O qeyd edib ki, burada məqsəd Azərbaycan həkimlərinə kömək etməkdir.
Gununsesi.org
COMMENTS