Ərəbistandan tam dəstək: “Azərbaycanın beynəlxalq miqyasda tanınan sərhədləri daxilində Dağlıq Qarabağ münaqişəsinin həllini dəstəkləyirik”

Ərəbistandan tam dəstək: “Azərbaycanın beynəlxalq miqyasda tanınan sərhədləri daxilində Dağlıq Qarabağ münaqişəsinin həllini dəstəkləyirik”

BMT Təhlükəsizlik Şurasının və İslam Əməkdaşlıq Təşkilatının qətnamələrinə uyğun olaraq, Səudiyyə Ərəbistanı Azərbaycanın beynəlxalq miqyasda tanınan sərhədləri daxilində Dağlıq Qarabağ münaqişəsinin həllini dəstəkləyir.

Gununsesi.org Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazisində qondarma “seçkilər”in ikinci turu ilə bağlı Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyindən daxil olmuş notada bildirilir.

Xatırladaq ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında martın 31-də təşkil edilmiş “seçki” oyunu beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb və qətiyyətlə pislənib.

Gununsesi.org

COMMENTS