Qırğızıstanda 104 həkim koronavirusa yoluxdu

Qırğızıstanda 104 həkim koronavirusa yoluxdu

Qırğızıstan Respublikasında son sutkada 17 nəfərə koronavirus diaqnozu qoyulub.

Gununsesi.org “Report”istinadla xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, ölkədə qeydə alınmış yoluxma hallarının sayı 466-ya çatıb.

Bildirilir ki, qeydə alınmış yeni yoluxmaların 5-i tibb işçilərində aşkarlanıb. Beləliklə, Mərkəzi Asiya ölkəsi Qırğız Respublikasında koronavirusa yoluxmuş həkimlərin sayı 104-ə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 083 000-i ötüb. Bunların 510 666 nəfəri sağalıb, 134 632 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Gununsesi.org

COMMENTS