
Türkiyənin İsatanbul şəhərinin Böyük Şəhər Bələdiyyəsinin tanınmış başçısı Əkrəm İmamoğlu metro tikintisi ilə bağlı açıqlama verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Sefaköy-Beylikdüzü-TÜYAP metrosunun inşaatı və 300 metro qatarının alımı üçün hazırlıqlarını söyləyən İmamoğlu bunların 2023-cü il üçün Prezident Administrasiyası tərəfindən yatırım proqramında hər iki proyektə icazə verilməməsini vurğulayıb.
Siyasətçi buna etirazını bildirərək açıqlayıb ki, hökumət tapdıqları sponsor işini istifadəsiz hala gətirib.
Sefaköy- Beylikdüzü-TÜYAP metrosunun yapımı ve 300 metrobüsün alımı için hazırdık. Ancak 2023 Cumhurbaşkanlığı yatırım programında, 2 yatırıma da yer verilmedi. Bu “takdir”, bulduğumuz finansmanı da kullanılamaz hale getirdi. Bu “takdiri” kamuoyunun vicdanına sunarız.
— Ekrem İmamoğlu (@ekrem_imamoglu) January 17, 2023
İzmir şəhərinin Bələdiyyə Başçısı Tunc Soyer də, hökumətin İzmir şəhərindəki Halkapınar-Avtobus dayanacağı adlı metro üçün 2023-cü ildə 3 min TL ayırdığını söyləyərək buna etiraz etmişdi.
Halkapınar-Otogar metrosu için hükümetin 2023'te ayırdığı bütçe ne kadardır?
— Tunç Soyer (@tuncsoyer) January 16, 2023
2023-cü il Yatırım Proqramının qəbuluna dair Prezident Rəcəb Tayyib Ərdoğanın qərarı “Resmi Gazete”də dərc edilərkən 8 milyard 136 milyon 791 min TL dəyəri ilan İzmirdəki metro proyekti üçün 3 min TL maliyyə ayrılmışdı.
Tərcümə: Arzu Sayadoğlu