
“Bakıda telefon mağazasının qarşısındakı reklam lövhəsinin sındırılması ilə bağlı məsələdən xəbərdarıq”.
Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev deyib. O qeyd edib ki, faktla bağlı araşdırma başlanılıb yekun nəticə barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
14:44
Bakıda iki nəfər telefon mağazasının qarşısındakı reklam lövhəsini sındırıb.
Bu barədə məlumat sahibkar tərəfindən sosial şəbəkədə paylaşılıb. O bildirib ki, hadisə gecə saatlarında paytaxtın Şəmsi Bədəlbəyli və Azadlıq prospektinin kəsişməsində baş verib.
Yol kənarında yerləşən telefon mağazasının reklam lövhəsi yaxınlıqdan keçən şəxslər tərəfindən yumruqla vurularaq sındırılıb. Həmin şəxslərin bunu nə məqsədlə etdikləri məlum deyil. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
Hadisənin anbaan videosunu təqdim edirik: