
“Hazırda həbsdə olan siyasi fəal Bəxtiyar Hacıyevin mədəsindən qanaxmalar başlayıb”.
Bunu Gununsesi.info-ya açıqlamasında vəkil Elçin Sadıqov deyib. Vəkil bildirib ki, buna baxmayaraq, ondan hələki analiz götürülməyib:”Eyni zamanda Bəxtiyar Hacıyev xahiş etdi ki, ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndəsi, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin təmsilçisi və insan hüquqlarına dəyər verən ölkələrin Azərbaycan Respublikasındakı səfirliklərinin nümayəndələri onunla Bakı İstintaq Təcridxanasında görüşsünlər”.
Qeyd edək ki Bəxtiyar Hacıyev həbsinə etiraz olaraq aclıq aksiyası keçirir.
Mətləb
GUNUNSESİ.İNFO