Türkiyə Şimali Kiprdə hava bazası qurur

  • By arzu
  • 18 Yanvar 2023 16:21

“Şimali Kipr Türk Cümhuriyyəti” (ŞKTC )”Geçitkale Hava limanı”nın Türkiyə tərəfindən əsgəri baza olaraq işlədilməsi üçün yeni bir addım atıb.

 

HTML tutorial

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, limanın hərbi baza kimi işlədilməsi üçün ŞKTC təşxis işlərinə başlayıb.

Bununla bağlı “Şimali Kipr Türk Cümhuriyyəti”nin Nazirlər Kabineti” Kipr Türk Sülh Qüvvələri komandanlığına verilməsinə dair protokolun imzalanması prosesi gedir.

Bununla bağlı artıq “Resmi Gazete”də qərar da çıxıb.

 

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət öncə etdiyi açıqlamasında Kiprdə bir PUA bazasının qurulacağını söyləmişdi.

“Geçitkale Hava Limanı” bir müddət idi ki, bu məqsəd istiqamətində istifadə edilirdi.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info