İçkili halda maşın sürüb vətəndaşı təhqir edən şəxs barəsində DİN-dən açıqlama

  • By Günel
  • 14 Sentyabr 2024 16:14

Paytaxtın Yasamal rayonu, İnşaatçılar prospekti 147 ünvanında xoşagəlməz baş verib.

Gununsesi.info Oxu.az – a istinadən xəbər verir ki, 10-VA-969 dövlət nömrə nişanlı “Toyota Land Cruiser Prado” markalı avtomobilin sərxoş sürücüsü sözügedən ərazidəki köşkə yaxınlaşaraq satıcıya qarşı qeyri-etik davranış sərgiləyib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, paytaxtın Yasamal rayonu ərazisində vətəndaşın təhqir və təhdidə məruz qalması ilə bağlı paylaşılan məlumat araşdırılıb.

Həmin şəxs – 1991-ci təvəllüdlü F.Abdullayev müəyyən olunaraq polis orqanına dəvət edilib və barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.

Gununsesi.info