Türkiyədə altımərtəbəli xəstəxana yerlə bir oldu

  • By ilhame
  • 14 Sentyabr 2024 22:31

Türkiyədə episentri Kahramanmaraş olan dəhşətli zəlzələlərdən sonra Hatay şəhərində ciddi zərər görmüş altımərtəbəli xəstəxana uçurdulub.

 

Gununsesi.info-nun verdiyi məlumata görə, İHA bununla bağlı görüntüləri paylaşıb.

 

Bildirilir ki, Təhsil və Tədqiqat Xəstəxanası 2017-ci ildən istifadəyə verilmişdi. Lakin zəlzələdə bərpaolunmaz hala gələn tibbi müəssisəsinin nəzarətli dağıdılması qərarına gəlinib.

 

Məlumata görə, söküntü işləri zamanı heç bir mənfi hadisə baş verməyib.

Gununsesi.info