Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın kişilərdən ibarət millisi dördüncü qələbəsini qazanıb

  • By ilhame
  • 14 Sentyabr 2024 21:34

Azərbaycanın kişilərdən ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında daha bir qələbə qazanıb.

Gununsesi.info-nun məlumatına görə, IV turda Monteneqro ilə qarşılaşan təmsilçilərimiz rəqibini 3:1 hesabı ilə üstələyib.

Aydın Süleymanlı – Denis Kadriç – 1:0

Nicat Abasov – Nikita Petrov – 0,5:0,5

Rauf Məmmədov – Nikola Cukiç – 0,5:0,5

Şəhriyar Məmmədyarov – Luka Draskoviç – 1:0

Bu qalibiyyət sayəsində yığmamızın aktivindəki xalların sayı 8-ə çatıb.

Qeyd edək ki, kişilərdən ibarət yığmamız buna qədər İordaniya (3,5:0,5), Finlandiya (3,5:0,5) və Moldovanı (3:1) məğlub edib. Qadınlardan ibarət komandamız isə Nikaraqua (4:0) və Avstraliyadan (3:1) üstün olub. Argentina ilə heç-heçə edib. (2:2)

Gununsesi.info