Vitse-prezidentliyə namizəd Trampın prezident olmaq şansını qiymətləndirib

  • By ilhame
  • 15 Sentyabr 2024 10:23

ABŞ-ın Respublikaçılar Partiyasından vitse-prezidentliyə namizədi Ceyms Devid Vens etiraf edib ki, noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlmək olduqca çətin olacaq.

 

Gununsesi.info bu barədə “Fox News”a istinadən xəbər verir.

 

“Şimali Karolinada üstünlük əldə etməsək, bizim (ABŞ prezidentliyinə namizəd Donald Tramp – Qeyd) qalib gəlməyimiz çox çətin olacaq”, – deyə o bildirib.

 

Bununla belə, Vens Trampın Şimali Karolinada qalib gəlmə şansını “çox yaxşı” kimi qiymətləndirib.

Gununsesi.info