Rusiyaya casusluqda ittiham olunan Avropa Parlamentinin xüsusi xidmət orqanlarına çağırıldı

Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunan Avropa Parlamentinin Latviyadan olan deputatı Tatyana Jdanok ötən həftə Latviya Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Latviyanın LSM portalı məlumat yayıb.

Jdanokla birlikdə “Rusiya Latviya İttifaqı” partiyasının həmsədri Miroslav Mitrofanov Dövlət Təhlükəsizlik Xidmətində söhbətə çağırılıb.

Müstəntiqlə söhbətdən sonra o, söhbətin məzmununun açıqlanmasını qadağan edən sənədi imzalayıb.

Eyni zamanda, Mitrofanov deyib ki, onu hansısa prosesin bir hissəsi kimi deyil, sadəcə olaraq “söhbət üçün” çağırıblar.

Hazırda Dövlət Təhlükəsizlik Xidməti Jdanokun Rusiya xüsusi xidmət orqanları ilə mümkün əməkdaşlığı barədə məlumatları qiymətləndirir və onun partiyasının fəaliyyətini öyrənir.

“Re:Baltica”, “The Insider”, “Delfi.ee” və “Expressen” saytlarının birgə araşdırmasına görə, Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Latviyadan olan Avropa Parlamentinin üzvü, Latviyanın Rusiya İttifaqı partiyasını təmsil edən Tatyana Jdanoku əməkdaşlığa cəlb edib. Müstəntiqlər iddia edirlər ki, Jdanok ən azı 2004-cü ildən FTX-nin kuratorları ilə işləyib və onlardan tədbirlər keçirmək üçün pul istəyib.

İndi Jdanok Avropa Parlamenti tərəfindən araşdırılır.

Gununsesi.info