ÜST rəhbərindən XƏBƏRDARLIQ: 1,4 milyon insan üçün çox ciddi nəticələrə səbəb ola bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İsrailin bölgədə quru əməliyyatını genişləndirmək üçün Qəzza zolağının cənubundakı Rəfah şəhərindən fələstinliləri təxliyə etmək planları barədə məlumatlardan narahatdır.

Gununsesi.info xəbər verir ki, bunu ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

“İsrailin quru hücumunu genişləndirmək üçün Qəzza zolağının cənubundakı Rəfahdan fələstinliləri evakuasiya etmək planları barədə xəbərlər son dərəcə narahatedicidir”, – ÜST rəhbəri X. sosial media hesabında yazıb.

Qebreyesus xəbərdarlıq edib ki, bu planın həyata keçirilməsi “gedəcək başqa yeri olmayan və tibbi yardım almaq üçün praktiki olaraq heç bir yeri olmayan” 1,4 milyon insan üçün çox ciddi nəticələrə səbəb ola bilər.

Baş direktor qeyd edib ki, Rəfahdakı bütün xəstəxanalarda sıxlıq var. “Eksklavdakı əksər səhiyyə müəssisələri məhdud xidmət göstərir və ya işləmir”, – deyə o bildirib.

O, tərəfləri dərhal atəşkəsə və məhbusları azad etməyə çağırıb.

İsrailin baş naziri Benyamin Netanyahu orduya və təhlükəsizlik xidmətlərinə Qəzza zolağının cənubuna hücum və orada sığınacaq tapmış təxminən 1,4 milyon fələstinlinin didərgin salınması üçün plan hazırlamağı tapşırıb. Bu barədə daha əvvəl İsrail hökumətinin başçısının ofisi məlumat verib.

Rəfah Qəzza zolağının cənubunda Misirlə sərhəddə yerləşir. İsrailin hücumları nəticəsində didərgin düşən minlərlə fələstinli buraya sığınır. Şəhərdə Qəzza əhalisinin demək olar ki, yarısı – 2,3 milyon insan yaşayır.

İsrail əsgərləri sistematik olaraq Rəfaha hava zərbələri endirir. İsrailin Rəfahda quru əməliyyatına başlayacağı təqdirdə mülki əhalinin Qəzza zolağında gizlənəcək yerləri olmayacaq qorxusu var.

Gununsesi.info